Şou-biznes

Habil Əliyev Elgizi şoka saldı - FOTO

28 May 2015 09:36
15 Şərh     Baxış: 5 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aparıcı Elgiz Əkbər qocaman kamança ustadı Habil Əliyevə baş çəkib. ANS TV-nin "Günə Baxan" proqramının aparıcısı 28 mayda doğum gününü qeyd edəcək böyük sənətkardan eksklüziv müsahibə alıb.

Elgiz Əkbər müsahibə barəsində anspress-ə bəzi detalları açıqlayıb. 88 yaşlı Habil Əliyevin səhhətinin normal olduğunu deyən aparıcı görkəmli musiqiçi ilə söhbətindən maraqlı məqamları bizə danışdı:

"Səhhətindəki problemə baxmayaraq məni qəbul etdi. Məni çox sevdiyini, "Adam içində" verilişindən tamaşaçısı olduğunu dedi. O layihəmdən mənə elə məqamlardan söz açdı ki, özümün belə yadımdan çıxmışdı. Şoka düşdüm. Çox diqqətlə maraqlanırmış verilişimizlə. Hazırda aparıcısı olduğum "Günə Baxan" verilişini izləyir.

Yaşının çoxluğuna baxmayaraq Habil Əliyev özünü yaxşı hiss edir. Maşallah səhhəti normaldır. Həyatından çox məmnundur. Habil bəy hələ uzun illər yaşamaq arzusundadır. 3 və 2 yaşlarında iki nəticəsi var, onların toyunu görmək istəyir. Çox pozitiv müsahibə alındı. Sabah (bu gün - red.) "Günə Baxan"ın tamaşaçılarına təqdim edəcəyik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.