Şou-biznes

5-ci sinifdən cəbhəyə könüllü gedən "Maşın" finalçısı

27 May 2015 23:50
2 Şərh     Baxış: 4 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS-in efirində yayımlanan "Maşın" realiti şousunda finalçıların ailələrindən reportaj hazırlanıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hər üç finalçının - müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlının ailəsi onlar üçün darıxdıqlarını bildiriblər.

Ən maraqlı açıqlamalardan birini isə Samir Cavadzadənin ailəsi edib. Belə ki, müğənninin anası Cavadzadə haqqında çoxlarının bilmədiyi məqama toxunub. O bildirib ki, Samir Cavadzadə 5-ci sinifdə oxuyarkən Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə xəttinə, döyüşlərin getdiyi Füzuliyə yollanıb.

Daha sonra müğənninin ailəsi darıxdıqlarını deyib və onun qalib gəlməsini arzu edib.

Qeyd edək ki, finalçılar müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı üçü də maşının ətrafındadır. Oyun davam edir. Hər üç iştirakçı maşını aparmaqda iddialıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.