Şou-biznes

"Maşın"da böyük oyunun üstü açıldı

27 May 2015 22:58
24 Şərh     Baxış: 13 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS-in efirində yayımlanan "Maşın" realiti şousunun finalında sirlər açılıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, meyxanaçı Rəşad Dağlının şoudan uzaqlaşdırdığı stilist Anar Ağakişiyev finala qalanların əvvəldən hər şeyi planlaşdırdığını deyib: 

"Mən bilməzdim ki, Samir Cavadzadə əvvəlcədən elə Rəşad Dağlı ilə birgə hərəkət edibmiş".

Samir Cavadzadə Anar Ağakişiyevin dediklərini təsdiq edərək stilisti aldatdığını dolayısı ilə təsdiq edib: "Anar mənə dedi ki, Rəşada özünü dost kimi göstər. Bu yolla onun fikirlərini öyrənək. Anar yanılmışdı".

Rəşad Dağlı isə deyilənləri əhəmiyyətsiz sayıb.

Ən maraqlı məqam isə odur ki, maşın ətrafında qalan Samir Cavadzadə və Rəşad Dağlı Xatirə İslama psixoloji təzyiq edərək ondan getməsini istəməsidir...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.