Şou-biznes

Deputatlar Xoşqədəm Hidayətqızıdan danışdılar

16 Aprel 2015 21:29
17 Şərh     Baxış: 22 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tibb elmləri namizədi Rəşid Mahmudov ATV telekanalında yayımı dayandırılan "Səni axtarıram" verilişi haqqında təəssüratlarını bölüşüb.

O qeyd edib ki, Azad Azərbaycan Televiziyasının ən reytinqli proqramı "Səni axtarıram" verilişi idi:
""Səni axtarıram" verilişi millətin savadlanmasında, ailə münasibətlərinin, ata-oğul, ana-qız münasibətlərinin qurulumasında çox böyük rolu var. Kim nə deyirsə desin, Xoşqədəm Hidayatqızının paxıllığını çəkənlər var. O veriliş ən birinci xalqın maariflənməsinə, insanların düz yola çağırılmasına xidmət edir. Digər verilişlər dilənçilik yayırlar ki, gəlin, sizə kömək edək. Elə kömək olur?

Dövlət, dövlətimizin səhiyyəsi və həkimləri var, qoyun, bunları onlar etsinlər. O tipli verilişlər orada ayrı-ayrı məqsədlər güdürlər.

Azərbaycan telekanallarının verilişləri arasında "Səni axtarıram"dan reytinqli veriliş yoxdur və ola da bilməz. Mən həmişə o verilişdə ekspert kimi iştirak etmişəm. Digər verilişlərin hamısı şoudur. Şou verilişi bizə lazım deyil, bizə lazım olan millətin, xalqımızın maariflənməsi, düzgün yol seçməsi, səhv etməməsidir. Bu verilişdə o xidmətlərlə yanaşı insanların səhvlərini aydınlaşdırmaqla onların əzizlərini tapıb ailərinə qaytarır. Həyatda bundan gözəl nə ola bilər. Yayılan xəbərləri qəbul və düzgün də hesab etmirəm.

Bildirim ki, "Səni axtarıram" verilişi əvvəllcə "Sən tək deyilsən" verilişi idi. Orada da hərdən iştirak edirdim və sonra "Səni axtarıram" oldu. Əgər camaatın əleyhinə nəsə olsaydı camaat o verilişə baxardımı? Bu verilişi xalqı düz yola aparan ən yaxşı veriliş hesab edirəm. Kim nə hesab edir etsin. Sifarişlə yazılan yazıları qəbul etmirəm. Hər kişi Xoşqədəmin gördüyü işləri görə bilməz. Çox qoçaq bir insandır və xalqımıza, dövlətçiliyimizə xidmət edən bir insandır. Biz həmişə Xoşqədəm Hidayatqızına dəstəyik".

Milli.Az modernşaz-a istinadən bildirir ki, millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, "Səni axtarıram" verilişi son beş ilin Azərbaycan televiziya məkanında ən yadda qalan və uğurlu layihələrindən biri olub: "Verilişin mövzusu Azərbaycanda çoxdan tələb olunan mövzu idi. Veriliş ailələrin yenidən bərpa edilməsinə, yaxınlarını itirmiş insanların uzun illərdən sonra bir-birinə qovuşmasına kömək edin bir vasitə oldu. Baxmayaraq ki, bu tip verilişlər xaricdə bu verilişə qədər vardı, amma Azərbaycan variantı daha geniş və maraqlı oldu. Nəinki itmiş insanları tapdı, eyni zamanda ictimaiyyətin də rəyini verməsinə şərait yaratdı. Son dövrlərdə xaricdə Azərbaycan variantının daha uğurlu olduğunu bildiridilər. Baxmayaraq ki, veriliş konkret bir qrupa deyil, ümumilikdə cəmiyyətə hesablanmışdı. Veriliş təşkilatçıları verilişin küçə ruhuna düşməsinə və eyni zamanda ucuz auditoriya popurizmi yığmasına getmədi.

Auditoriya bu verilişdən həm də mənəviyyat dərsləri götürürdü, Azərbaycanın dünəni, bu günü ilə bağlı maraqlı fikirlə öyrənirdi. Həmçinin gələcəkdə ailələrin dağılmaması üçün çox maraqlı söhbətlərin şahidi olurduq. Bu gün mən televiziya ilə veriliş təşkilatçıları arasında mübahisəyə qiymət vermək istəmərəm.

Həm televiziyanın, həm də veriliş təşkilatçılarının verilişin ərsəyə gəlməsində çox böyük rolu olub. Xüsusuilə də, verilişin layihə ideyaçısı və aparıcısı Xoşqədəm Hidayatqızının bu verilişin ərsəyə gəlməsində çox böyük rolu var. Onun bu illər ərzində şəxsən özünün səfərlərə getməsi, ssenari yazması və mövzu ilə bağlı geniş müzakirlər açması diqqətdə olan məsələlərdən biridir. Və "Səni axtarıram" verilişi Xoşqədəm Hidayatqızının şəxsində ümumən jurnalistikanın bitməyən imkanlarını bir daha göstərə bildi və hesab edirəm ki, bu verilişin bundan sonra da yaşamaq və daima da uğurda olmaq şansı kifayət qədər yüksəkdir".

Hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev vurğuladı ki, "Səni axtarıram" verilişində ekspertlər müəyyən fikirlərini söyləyir və müəyyən insanlara yol göstərirdilər. O verilişdə milli məsələlərə zidd heç nə yoxdur və ola da bilməz. O verilişdə konkret insanların düşdüyü vəziyyət, onların itirilməsi, axtarılması bədbəxtçiliyinin necə aradan qaldırılması, ana-oğul, bacı-qardaş, ailənin ümumi dil tapması və.s kimi məslsələrə toxunulurdu.

Mən uzun illər dövlət orqanlarında, 20 il daxili işlərdə işləmişəm və ilk illərim itkin düşmüş insanların axtarışı ilə bağlı olub. Sumqayıtda cinayət axtarışı üzrə inspektor işləmişəm. İnsanların axtarılmasından çox ağır bir iş və ağır bir sahədir. Bu gözəl insan, qadın xeylağı, zərif bir insan təkbaşına bütün bu işləri təşkil edib. İndi özünə komanda yığıb, xaric ölkələri bu məsələrə cəlb edə bilib və onların köməyindən istifadə edib, bizim dəhşətli vəziyyətə düşmüş azərbaycanlıları xilas edir.

Mən şəxsən belə insana uğurlar arzulayıram. Bu xoşməramlı işlərdə maneçilik, badalaq vurmaq yox əksinə əl tutmaq, köməklik etmək lazımdır. İnsan talelərindən, insanın düşdüyü bədbəxtçiliklərdən söhbət gedir. Belə işlərdə nə qədərə əl tutsaq o qədər yaxşıdır. Əl tutmaq Həzrət Əlidən qalıb. Gərək bir- birimizə dayaq olaq. İnsan təkcə özünü deyil, milləti, xalqı, vətənini bütövlükdə düşünmək lazımdır. Hər hansı bir insandan biri çətin vəziyyətə düşəndə biz ona biganə qalamayaq. Biganəlikdən insan həyatı üçün böyük düşmənçilik yoxdur".

Millət vəkili Rəfael Cəbrayılov isə bildirdi ki, "Səni axtarıram" onun çox bəyəndiyi verilişdir: "O verilişin milli-mənəvi dəyərə zidd olmasını heç vaxt görməmişəm.

Verilişlərin reytinqi ölçülərkən bu verilişin reytinqi doğrudan da digər verilişilərdən çoxdursa, deməli, bu veriliş geniş tamaşaçı auditoriyası qazanıb. Düzdü, demirəm ki, bütün reytinqləri də başlı-başına buraxmaq lazımdır. Bəzən bayağı mahnıların da reytinqi çox olur. Amma bu verilişdə cəmiyyətin ziyalıları gəlib bir tribuna kimi istifadə edirlər. Bundan başqa veriliş ən azından gözü yolda qalan bir ananın gözünü yoldan yığırsa deməli bu veriliş lazımdır. Hər bir verilişin səhvi var. Ssenaristdən, verilişin aparıcısından asılı məsələlər var. Xoşqədəm xanımı uzun illərdir ki, tanıyıram.

Mənim o verilişə də getməyimin ən böyük bir səbəbi Xoşqədəm xanımın dəvətinə xanım olduğu üçün etiraz edə bilmədiyimə görə gedirəm və verilişdə üç dəfə iştirak etmişəm. Verilişin o kanalda yayımlanmamsının səbəbi eşitdiyimə görə, yəni bu verilişi təkrarlayan başqa bir veriliş də var, "Öz aramızda".

Personaldan aldığım məlumata görə belə bir söhbət var. Verilişin milli mənəvi dəyərlərə görə bağlanmasını deməzdim. Düzdür, əvəllər "Toy olsun" və "Onun yarısı" verilişlərinin milli mənəvi dəyərlər zidd olduğnu demişdim. Amma "Səni axtarıram"da belə hallar yoxdur.

Xoşqədəm mənim dostum və uzun illərdir tanıdığım insandır. Mən "Sən tək deyilsən" verilişinə getmirdim. Sadəcə olaraq bu verilişdə kiminsə ürəyi yerinə düşür, gözü yollardan yığılır, kiminsə bir ziyalı sözünə ehtiyacı olur ki, ay balam analarınızı, atalarınızı, ailənizi atıb getməyin.

Mən həmişə "Səni axtarıram" verilişindən bir ziyalı kimi tribuna kimi istifadə etmişəm. Mənim iştirak etdiyim verilişlərə fikir versəniz görəcəksiniz ki, mən heç vaxt bir kişiyə deməmişəm ki, a kişi utanmırsan arvadın, oğul-uşağını atıb getmisən? O millət vəkilinin deyəcəyi söhbət deyil. Aldığım məlumata görə, "Səni axtarıram" bağlanmayıb, hansısa bir televiziya ilə əməkdaşlığını kəsib. O veriliş davam edəcək. Söhbət milli mənəvi dəyərlərdən getmir. Xoşqədəm xanım efirdə dedi ki, bizim verilişin kopyasını yaradıblar, söhbət əməkdaşlığın biri ilə dayanıb, digəri ilə davam etməsdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.