Şou-biznes

"Dodaqlarımın böyük görünməsi..." - FOTO

27 May 2015 14:47
13 Şərh     Baxış: 5 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən çox Riannadakı qədər...

Müğənni Günay İbrahimli tədbirlərin birində fotokameramız qarşısına keçib.

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi imicini tez-tez dəyişməsinin səbəbindən danışıb: 

"Layihələrimlə əlaqədar imicimdə tez-tez dəyişikliklər edirdim. Bir müddət yaradıcılığımda sükut olacaq. Ona görə də, hələ ki, tamaşaçılar məni bu imicdə görəcəklər. Müəyyən fasilədən sonra yenidən fərqli görünüşlə sevənlərimin qarşısına çıxacam.

Əgər layihə tələb edərsə, saçlarımı lap qısa kəsdirəcəm. Riskə getməyi sevən insanam. Amma saçımı heç vaxt keçəl etdirmərəm. Ən çox Riannadakı qədər qısa kəsdirə bilərəm". 

Son vaxtlar dodağına slikon etdirdiyi deyilən G.İbrahimova məsələyə aydınlıq gətirib: 

"Heç bir plastik müdaxilə etdirməmişəm. Dodaqlarımın böyük görünməsi makiyajla əlaqədardır. Stilist elə forma verir ki, bu cür görünür".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.