Şou-biznes

Teleaparıcı: "Telefonla elçilik ediblər"

27 May 2015 12:50
105 Şərh     Baxış: 9 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-nin aparıcısı Nərgiz Məmmədova "Gün üzü" verilişində maraqlı açıqlamalar verib. 

Axşam.az-ın məlumatına görə, aparıcı ideal kişi obrazından danışıb. Nərgiz gözəllik vurğunu olduğunu deyib:
 
"Əslində, ideal insan olduğuna inanmıram. Kişilər hərdən elə düşünürlər ki, qadınlar onların oyuncağıdır. Xanımlar həyat yoldaşlarının qulluğunda durmamalıdır, onlar qadınlara qulluq etməlidirlər. Amma kişi əlini stola vuranda qadın ondan çəkinmədisə, otağa girəndə ayağa durmadısa, o mənim üçün ideal deyil. Hər kəs istəyər ki, yanında yaraşıqlı biri dursun. Bununla belə, kişinin ağır xasiyyəti olmalıdır. Təsəvvür edin, mən çox deyib-gülən adamam. Həyat yoldaşım da mənim kimi deyib-gülsə, onda bu ailə necə olar?"

N.Məmmədova gələcək həyat yoldaşının ona yalnız bəzi məsələlərdə qadağa qoya biləcəyini deyib: 

"Gedəcəyim yerə, geyimimə, rəfiqələrimlə görüşməyimə qarışa bilməz. Mənə bəzi məsələlərdə qadağa qoya bilər, amma bunu elə formada etməlidir ki, mədəni alınsın". 

Aparıcı indiyədək ona elçi düşmədiyini də bildirib: 

"Real elçilərim olmayıb. Yəni, qapımızı döyüb gəlməyiblər. Telefonla olub, onu da necə qəbul edə bilərəm?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.