Şou-biznes

Röyanı söyən oğlan danışdı

27 May 2015 10:40
35 Şərh     Baxış: 10 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür ki, mediada və sosial şəbəkədə müzakirə olunan Röyanın onu təhqir edən şəxslə bağlı paylaşdığı videonun "qəhrəman"ı danışıb. 

Milli.Az-ın məlumatına görə, "qafqazinfo"ya açıqlamasında Zaur İbrahimov bildirib ki, onlar artıq Röya ilə barışıblar: 

"Biz Röyadan şikayətçi deyilik. Görüşüb barışmışıq. Bu hadisədən heç kim istifadə etməsin. Bu barədə biz heç bir vəkilə açıqlama verməmişik. Bir daha deyirik ki, məsələni həll edib barışmışıq və Röya ilə bağlı hüquq mühafizə orqanlarına heç bir müraciət etməmişik və belə fikrimiz də yoxdur".

Z. İbrahimov hadisənin günlərdir mediada müzakirə olunmasına da toxunub:

"Bu məsələni kimlərsə şişirdir. Biz bunu istəmirik". Qeyd edək ki, Röyanın bir neçə gün əvvəl paylaşdığı video müzakirələrə səbəb olandan sonra müğənni sözügedən görüntünü İnstagram hesabından silib.

Xatırladaq ki, Röya həmin görüntüləri İnstagram hesabında paylaşanda Elnur adlı şəxsin adını çəkmişdi. Belə görünür, müğənni həmin gəncin uzaqdan görüntüsünü yaysa da, adını ictimaiyyətə olduğu kimi açıqlamaqdan ehtiyat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.