Şou-biznes

Qalmaqal: "İki cümləni birləşdirib oxuya bilmir, camaata ağıl verir"

26 May 2015 16:13
34 Şərh     Baxış: 9 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stilist Anar Ağakişiyev müğənni Roza Zərgərlini sərt tənqid etdi. Stilist Anar Ağakişiyev və müğənni Roza Zərgərli arasında "Maşın" realiti - şouda başlayan qalmaqal real həyatda da davam edir

Anar anspress-ə açıqlamasında, Rozanın geyim tərzini və intelektual səviyyəsini qətiyyən bəyənmədiyini bildirdi:

"Biz onunla birlikdə "Maşın" realiti-şouda olduq. O xanımı orada tanıya bildim. Sizə bir əhvalat danışacam; gündüz saatlarında maşının ərtafında dayananda darıxmamaq üçün bizə kitab vermişdilər oxumağa. Roza özünü ağıllı göstərmək üçün guya kitab oxuyurdu. Amma kənardan baxanda bunun görünüş xatirinə etdiyini görməmək mümkün deyildi. Rozadan soruşdum ki, nə oxuyursan, bizə də de.

Gördüm səs çıxmadı, yenə soruşdum. Mənim də tərsliyim tutduğundan dəfələrlə bu sualı ona verdim. Bizimlə bərabər maşının ətrafında dayanan Günel Ələkbərova mənim suallarımdan təngə gəlib, Rozaya dedi ki, sən Allah, o kitabdan 1-2 cümlə oxu, Anar əl çəksin səndən. İnanırsız, oxumadı. Çünki oxuya bilmir. Cümləni birləşdirib oxuya bilmir, camaata ağıl verir. Özünü intelektual göstərir hamının yanında".

Roza Zərgərli ilə birlikdə Elgiz Əkbərin aparıcısı olduğu "Günə baxan" verilişinin qonağı olan stilist müğənninin libasını da tənqid etdi. "Səhər proqramına gecə libasında gəlir, hələ bir qarşısındakı insanda səhv tutur. Rozanın "Günə baxan"ın efirinə geyindiyi təmtəraqlı libası gördüz? Elə bil Opera Balet Teatrının səhnəsinə çıxmışdı", - deyərək ifaçının kürək dekolteli uzun qara küpür libasının düzgün seçim olmadığını dedi. 

Xatırladaq ki, Anar Ağakişiyev "Maşın" realiti-şouda müğənni Roza Zərgərlinin hədəfi olmuşdu. Lakin Zərgərli yetərincə səs toplamadığında oyunu özü tərk etmək məcburiyyətində qalmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.