Şou-biznes

"Demişəm ki, özümü Murat Boza oxşatmıram, ondan nəsə götürmürəm"

26 May 2015 11:14
11 Şərh     Baxış: 1 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, müğənni Zamiq Hüseynov qafqazinfo-nun suallarını cavablandırıb: 

- Yaradıcılığınızda hansı yeniliklər var? 

- Günü-gündən hər şey yenilənir. Geyimlər, zövqlər, istəklərim yenilənir. Klip çəkdirmək, konsert vermək nəzərimdə var. Sənətimdə yeniliklər olacaq. Yeni işlərimi tezliklə tamaşaçılara təqdim edəcəm. Yay aylarında konsert vermək istəyirəm, alınmasa, payızın əvvəllərində baş tutacaq.

- Röya ilə duetiniz uğurlu alındı. Zamiqin yeni duet ortağı kim olacaq?

- Günay İbrahimli ilə birlikdə "Qalib ol" (bəzi yerlərdə "Günəşin himni" kimi təqdim edilir)  mahnısına klip çəkdirmişik.  Güləşə həsr olunan mahnının sözləri və musiqisi Murad Quliyevə məxsusdur. Klipin rejissoru Samirə Xasməmmədovadır. Klipdə imicimiz üzərində stilist Elnur Həsənov çalışıb. Bu mahnı və klipi Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımıza həsr etmişik. İstəyirəm ki, onlar da bizim dəstəyimizi hiss etsinlər.

- Adınız tez-tez zövqlü geyinən müğənnilər sırasında çəkilir.

- Özümü şou-biznesin zövqlü müğənnisi hesab edirəm. Zövqlü geyinən bir neçə müğənnidən biri mənəm. Neçənci sırada olduğumu isə deməyəcəm. Başqaları da hər zaman deyirlər ki, Zamiq zövqlə geyinir, modanı yaxşı təbliğ edir.

- Həmkarlarınızdan zövqsüzlər kimdir?

- Zövqsüz geyinən müğənnilərimiz var. Amma mən ad çəkməyəcəm. Heç vaxt kiminsə pis tərəfini danışmaram. Hər kəs özünə görə zövqlüdür. Mən qarışa bilmərəm. 

- Şou-biznesdə nələri bəyənmirsiniz?

- Həmkarlarımın musiqi və geyim zövqlərini bəyənmirəm. Təbii ki, bu bütün müğənnilərə şamil olunmur.

- Həmkarlarınıza musiqi və geyim baxımından iradınızı bildirmisinizmi?

- Yaxın dostlarım olanda bəyənmədiyim musiqi və geyimləri barədə məlumat verirəm. Fikrimi bildirirəm. Lakin münasibətim olmayan həmkarlarıma heç nə deyə bilmərəm. Ola bilər ki, səhv başa düşsünlər.

- Türkiyənin tanınmış müğənnisi haqda sələndirdiyiniz fikirlər birmənalı qarşılanmadı. Hətta sosial şəbəkələrdə tənqid hədəfinə çevrildiz. Murat Bozu bəyənmədiyiniz üçün sizi qınadılar.

- "Murat Bozu bəyənmirəm" deməmişəm. Bizdə sözü dolaşdırıb başqa mənalara yozurlar. Demişəm ki, özümü Murat Boza oxşatmıram, ondan nəsə götürmürəm.  Boz gözəl sənətçidir, Türkiyənin nömrə biridir, yaraşıqlı oğlandır, zövqlü geyinir. Amma mən ondan nəsə götürmürəm, başqa xarici ulduzlara baxıb nəsə götürürəm. Fransa, İtaliyanın moda məktəblərinə baxıb, öz ideyalarımla  uyğunlaşdırıram. Biz özümüz-özümüzü geyim, musiqi barədə oğru adlandırırıq. Deyirik, aranjmanı filankəsin aranjmanına oxşayır. İndi moda jurnalları, kanalları, "İnstagram"da müxtəlif səhifələr var. Onlara baxıram, uyğunlaşdırıram.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.