Şou-biznes

İki kanal arasında olan "qoç"lar qızışır

26 May 2015 10:32
18 Şərh     Baxış: 10 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV ANS-ə cavab verdi, ardınca eks-ANS-çini işə götürdü...

ANS ilə ATV arasında sonuncunun aparıcısı Mətanət Əliverdiyeva mövzusunda başlanan qalmaqal səngimək bilmir. Son olaraq ANS kanalında ATV-nin "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva və ATV kanalı əleyhinə süjet hazırlanıb. ATV-nin "Həftə sonu" verilişində isə bu hücum cavabsız qoyulmayıb. ATV kanalının süjetində bildirilib ki, faciə baş verən günü ATV ilk olaraq efir proqramına dəyişiklik edib:

"Şou-proqramların yayımı dayandırıldı, hər iki radiomuzda musiqili-əyləncəli proqramlar ləğv edildi.

Hadisə yerindən ən dolğun xəbərləri yerində canlı olaraq biz yayımladıq. Bu bizim peşə borcumuzdur. İllərdir ATV olaraq bu funksiyanı heç kimdən əskik yox, layiqincə yerinə yetirmişik, həmişə öndə olmuşuq. Bu dəfə də belə odu. Yanğının səbəbləri, dəyəri milyonlarla ölçülən villaların sahibləri kimlərdir kimi süjetlərimizi hər kəs izlədi. Dövlət başçısının səsləndirdiyi problemlərin üzərinə getməyimiz, öz işimizdə olmağımız, görünür, kimlərdəsə qıcıq yaratdı.  

Bu müddət ərzində ATV-yə hücümlar başladı. Səbəb aparıcımız Mətanət xanımın işlətdiyi yeddi sözdən ibarət bir cümlə idi. Binanı ATV və ya Mətanət xanım yandırmamışdı. Ən acınacaqlısı isə odur ki, ATV-yə qarşı bu kampaniyaya qonşu kanallardan biri də qoşuldu. O da başadüşüləndir. Yanğından iki gün əvvəl bu başıbəlalı reytinq məsələsi həmin kanalın efirində geniş şərh olundu. Yanğından bir gün əvvəl isə Laçının işğalı günü yenə həmin kanalda aparıcıların reytinqə görə yerdəyişməsi canlı efirdə əsas müzakirə mövzusu oldu".

ANS ATV-nin bu açıqlamasına hələ cavab verməsə də, sonuncunun "hücumları" davam edir. ANS-in keçmiş əməkdaşı, APA TV-nin sabiq baş direktoru Eldəniz Vəliyevə ATV-də redaktor vəzifəsi verilib. E.Vəliyev bu faktı aznews.az saytına təsdiqləyib. Bildirib ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu "Gündəlik" verilişinin redaktoru kimi çalışmağa başlayıb.
Qeyd edək ki, Eldəniz Vəliyev uzun illər ANS televiziyasında çalışıb. APA TV yaranandan sonra isə ora baş direktor təyin edilib. Bir müddət sonra isə işdən azad olunub. 

musavat.com

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.