Şou-biznes

"Səninlə çox xoşbəxtəm, nə yaxşı ki, varsan" - FOTO

25 May 2015 17:20
64 Şərh     Baxış: 20 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Röyal bəylə Şamaxıya istirahətə gedib. Lent.az-ın məlumatına görə, istirahətdə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşan aktrisa fotoya "Səninlə çox xoşbətəm. Nə yaxşı ki, varsan" yazıb.
 
"Toppuş bacı" açıqlamasında onu da əlavə edib ki, 5 illik fasilədən sonra Akademik Milli Dram Teatrına qayıdışı maraqla qarşılanıb:

"Xeyli müddətdən sonra teatra qayıtmağım yaxşı oldu. Hətta buna görə də sosial şəbəkədə məni təbrik edənlər də var. Bu da bir aktrisa kimi məni çox sevindirdi. Tamaşaçılar gözləsinlər, yeni-yeni tamaşalarla görüşlərinə gələcəm".

Qeyd edək ki, T.Əliyeva bir neçə gün öncə Akademik Milli Dram Teatrında Rəhman Əlizadənin "Lalə düzən" pyesində Bilqeyis obrazını canlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.