Şou-biznes

Təranə Qumral: "Vay o adamların halına ki..." - VİDEO

25 May 2015 12:44
20 Şərh     Baxış: 6 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parodiya özü bir sənətdir. Hər kəs parodiyanı nə bacara bilir, nə də  yarada... Ancaq bəzən məşhurlar parodiya olunan kimi yaman əl-ayağa düşürlər. Hətta onları parodiya edən şəxslərə hədə-qorxu, hərbə-zorba gəlməkdən belə çəkinmirlər.  Ancaq ifaçı Təranə Qumral parodiyanı çox gözəl anladığını və bunu müsbət qarşıladığını Milli.Az-a açıqlayıb:

"Parodiya olunmaq ayıb deyil. Vay o adamların halına ki, bütün həyatlarını kimisə parodiya edərək yaşayırlar. Parodiyanı bütün dünya qəbul edir, sevə-sevə, gülə-gülə baxır. Axı burada mənfi nə var ki? Məni və Musanı Rafaellə Coşqun parodiya ediblər, çox da gözəl alınmışdı. Mən belə şeylərə çox normal baxıram".
 
"Bəs qeyri-peşəkarlar tərəfindən, məsələn ifaçı Xatun birdən sizi parodiya etsə, buna reaksiyanız necə olar, acığınız gəlməz ki? Axı o ifaçıdır, parodiya ustası deyil" sualını ifaçı belə cavablandırıb:
 
"Xatunu mən bu yaxınlarda kəşf etdim. Çox gözəl ifaçı olmaqla yanaşı, çox da gözəl parodiya edir. Bacarır, edir. Axı burada pis heç nə yoxdur. Xatun məni də parodiya etsə, çox gözəl olar. Nə olsun, o, aktrisa deyil, ifaçıdır. Fakt - bacarır və çox gözəl də parodiya edir. Buna görə onu qınayanları heç anlamıram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.