Şou-biznes

Azərbaycanlı müğənni hamilədir

24 May 2015 16:16
12 Şərh     Baxış: 11 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İradə İbrahimovanın hamilə olduğu barədə xəbər yayılıb.

Müğənninin mətbuat katibi axsam.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, sənətçinin hazırda Bakıda olduğunu, hündürmərtəbəli binada baş verən məlum yanğın hadisəsindən sonra bu barədə danışmaq həvəsində olmadığını deyib:

"Azyaşlı uşaqlar faciəvi şəkildə haqq dünyasına qovuşdular. İradə xanım övlad itirən anaların dərdini anlayıb bu barədə danışmaq istəmədi. Yəqin ki, bundan sonra da bu mövzunu geniş müzakirə etməyəcək.  Bakıya gəlməyinin səbəbi klip təqdimatı idi. Təqdimatı təxirə saldıq. Amma rəhmətə gedənlərin 7-si çıxsın, daha sonrakı günlərdə klip yayım üçün telekanallara təqdim ediləcək".

Mətbuat katibi qeyd edib ki, ikinci dəfə övlad dünyaya gətirməyə hazırlaşan İ.İbrahimova yaradıcılığında fasilələr yaratmayacaq. Türkiyənin şirkətləri ilə çalışan ifaçı yaxın həftələrə daha bir sıra yeniliklər vəd edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.