Şou-biznes

Xatun: "Sabah dalımca istədiklərini danışmasınlar deyə..."

24 May 2015 13:21
3 Şərh     Baxış: 1 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xatun Əliyeva şəxsi həyatından danışıb.

Gecce.az xəbər verir ki, ifaçı bu sahədə üzləşdiyi çətinliklərdən söhbət açıb.

"Mən boşanmış qadınam. Təsəvvür edin ki, tanınan, göz qabağında olan qadın daha çox diqqət mərkəzində olur. Mənim yolum budur ki, qan-tər içində oxuyum. Gedib-gəlirəm, yorğun düşürəm. Musiqiçilərlə davranmaq, özünü insanlara təqdim etmək - bunlar hamısı şərtdir. Yenə də şikayətlənmirəm. Fikirləşirəm ki, özüm qazanıb, özüm yeyirəm.

Geyimdir, inanın Allaha ki, nə qədər pul xərcləyirəm. Bir dərd də var ki, tanınmış olduğuma görə, hər şeyin də qiymətini ikiqat baha deyirlər. Vay o günə ki, standart məbləğ vermək istədin. O dəqiqə deyirlər ki, sən müğənnisən, populyarsan, eləməlisən də... Çalışırsan ki, hər işi ehtiyatla davranasan ki, populyarsan da, sabah sənin dalınca istədiklərini danışmasınlar. Mənim üçün çox çətindir..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.