Şou-biznes

Litvalılar Elnur Hüseynova heyran qaldılar

23 May 2015 20:36
5 Şərh     Baxış: 3 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elnur Hüseynovun ifası inanılmaz dərəcədə gözəldir. Biz onu çox sevirik. İnanırıq ki, Avropa Elnur Hüseynovun ifasını bəyənəcək və ona səs verərək ölkənizi yarışmada birinci edəcək.

Bu sözləri "Eurovision-2015" mahnı müsabiqəsində Litvanı təmsil edən Monika Linkyte və Vaidas Baumila cütlüyü AZƏRTAC-a müsahibəsində deyib.

Müsabiqənin finalı ilə bağlı öncədən hər hansı fikir söyləməyin çətinliyini bildirən cütlük bu yarışmanın sürprizlərlə, gözlənilməz nəticələrlə dolu olduğunu diqqətə çatdırıb. "İfa etdiyimiz "This Time" mahnısına Avropa tamaşaçılarının səs verəcəyini düşünürük. İstərdik ki, Litva müsabiqədə qalib olsun və gələn il bu mötəbər yarışma Vilnüsdə keçirilsin. Azərbaycandan olan tamaşaçılara salamlarımızı göndərir, onları bizə səs verməyə çağırırıq", - deyə Monika Linkyte qeyd edib.

Litva təmsilçilərinin Kolumbiya, Kanada, İspaniya, Belçikada konsertləri olub.

Cütlük müsabiqənin finalında yeddinci nömrə altında çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.