Şou-biznes

"Xirosima və Naqasakidəkindən daha güclü partlayış olacaq!" - FOTO

23 May 2015 12:42
3 Şərh     Baxış: 5 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"My name is İntiqam 2" gəlir

Milli.Az-a açıqlama verən "My name is İntiqam" filminin baş prodüseri və qəhrəmanı olan Müşfiq Şahverdiyev film haqqında yekun təəssüratlarını bölüşüb: "Birinci filmin nə dərəcədə uğurlu alınmasının hamı, yəqin ki, şahidi oldu. Öz təşəkkürümü bildirirəm bizi sayıb-sevən tamaşaçılara ki, bizə dəstək oldular. Üzünüzdə az da olsa, gülüş yarada bildiksə, nə xoş bizə... Bizim bir arzumuz var ki, şirkətimizin - "Cinema Company"-nin bir binası olsun. Birinci filmin uğurlu olması "My name is İntiqam"ın 2-ci hissənin çəkilməsinə gətirib çıxardı. Artıq ssenarimiz yazılıb və təsdiqlənib. Gələn ay çəkilişlərə başlayacayıq. Çəkilişlər Moldovada və Lənkəranda baş tutacaq. Moldovanın məşhur aktyoru Lon Maconu da bu filmdə rol alacaq. Budəfəki filmin "My name is İntiqam"ın birincisini unutdaracağına əmin olun. Tamaşaçılarımıza  daha bir şad xəbərim var. 28 May - Respublika Günündə "My name is İntiqam" filmi saat 21:00-da Youtube-a yerləşdiriləcək. Filmimizin 6 ayı tamam olması və bayram münasibətilə bu cür addım atırıq".

Müşfiq Şahverdiyev heyətdə baş verən dəyişikliklər haqqında söz açıb: "Yeni işimizdə artıq başqa rejissorla çalışacağıq. Birinci filmin rejissoru Emil Abdullayev ilə işləmişdik və uğurlu da alınmışdı. Müəyyən səbəblərdən yollarımız ayrıldı. Yeni rejissorumuz isə İlham Yaşaroğlu olacaq. O da yetərincə bacarıqlı və istedadlı rejissordu. Ssenaristlərimiz və ideya müəllifimiz isə dəyişilməzdir. Ssenariləri Fariz Əliyev, Ənvər Abbasov, Samid Ağayev yazır. İdeya müəllifi isə Fariz Əliyev özüdür". 

Daha sonra filmin ideya müəllifi və baş ssenaristi Fariz Əliyev bildirib ki, bu filmin ərsəyə gəlməsində Müşfiqlə onun rolu çox olub. "Müşfiqlə bizim təşəbbüsümüz sayəsində prodakşn qurduq, film ərsəyə gətirdik, komanda yığdıq. Siz bilsəz ki, İntiqam niyə Moldovaya gedib inanın ki, gözünüzdən yaş gələr gülməkdən. Müşfiqə deyirəm ki, noyabrın 28-ni "Filmin dirçəliş günü" elan edək. Birinci biz girdik bazar və digərləri bizə baxıb etdiyimiz səhvlərin üzərində işləyib özlərini düzəltdilər. Hərdən tanınmamaq üçün maskalanaraq girib son sıralarda tamaşaçılarla birlikdə filmi izləyirdik və hamı güləndə biz ağlayırdıq sevincdən. Azərbaycanda gülməliliyinə görə birinci yerdə "My name is İntiqam"dır. Müşfiqlə Azərbaycan filmlərinin arxiviyik, sanki. Bu qədər çox sevirik. Bütün filmləri, demək olar, əzbər bilirik. Arzumuz idi ki, bizim də öz filmimiz olsun. Şükürlər olsun ki, istədiyimizə çatırıq. Əmin olun ki, bu film böyük marağa səbəb olacaq. Xirosima və Naqasakidəkindən daha güclü partlayış olacaq! 

Bildirək ki, filmin informasiya dəstəyi Milli.Az-a məxsusdur. 

Filmin YouTube ünvanı - https://www.youtube.com/user/mynameisintiqam
 
Filmin Facebook ünvanı - https://www.facebook.com/mynameisintiqam

Filmin İnstagram səhifəsi - http://instagram.com/mynameisintiqam

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.