Şou-biznes

"Yalançı siz özünüzsünüz, özünüzə bir az hörmət edin"

23 May 2015 11:25
31 Şərh     Baxış: 6 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" realiti-şousunda əməkdar artist Mehriban Xanlarova ilə Xatirə İslam arasında qalmaqal yaşanıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa xalq artisti Aygün KazımovaXatirə İslamın istəyi ilə oyundan uzaqlaşdırdığını iddia edib: 

"Xatirə İslam bilirdi ki, Aygün Kazımovanı çıxaracam. Və məndən o xəbəri alıb, "baqaj" tərəfdə dayanan (Emil Bədəlov və aşıq Əli - red.) dostlarına çatdırdı. Hətta o dedi ki, Aygünü uzaqlaşdır".

Müğənni M.Xanlarovanın ittihamlarını qəbul etməyib. O, aktrisanın ünvanına sərt sözlər deyib:

"Yalançı siz özünüzsünüz. Özünüzə bir az hörmət edin. Siz marketdə, küçədə - ictimi yerlərdə də belə danışırsınız? Əməkdar artistsiniz ey, biz sizdən örnək götürməliyik. Mən demişəm Aygünü çıxart? Niyə edirdin? Mənim ağlımla oturub-durursan? Əslində, onun çıxaracağı insanın dəqiq Aygün olduğunu bilmirdim. Deyirdi ya Aygünü, ya Güneli çıxardacam. Mən də məsləhət gördüm ki, Aygün Kazımovanın adını canlı yayımda çəkməyin, səs toplaya bilməzsiniz".

Qeyd edək ki, X.İslam səs toplayaraq, M.Xanlarovanı yarışdan uzaqlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.