Şou-biznes

Ulvira Qarayeva: "Lazım gəlsəydi, ANS Mətanəti şpaqat açan vaxt "vurardı""

22 May 2015 17:00
26 Şərh     Baxış: 20 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ləman ƏləşrəfqızıMətanət Əliverdiyeva arasında olan söz-söhbətlərə tanınmış aparıcı Ulvira Qarayevada rəy bildirib. Aparıcı Milli.Az-a açıqlamasında deyib ki, Mətanət heç vaxt ANS-in hədəfi olmayıb. 

"İlk öncə, mən bu hadisəni digərləri kimi ATV və ANS arasında olan atışma kimi qələmə vermək istməzdim. 

Sadəcə, hər kəsin öz vətəndaş rəyi var. Deməli, nə biədəbsizliklər olur onu gündəmə gətirmirlər, ancaq Ləmanın dediyi dərhal mövzuya çevrilir. 

Ləman milyonların demək istədiyini bir dənə sujetdə verdi. ANS-də sujet getməmişdən qabaq hamı Mətanəti yalnış ifadələr işlətdiyinə görə qınayırdı, ancaq Ləmanın çıxışından sonra hamı başladı onun üstünə düşməyə. 

Sanki, Ləman Ələşrəfqızı efirdə hansısa biədəb şeylər edib və buna görə hamı onun üstünə düşüb. Ləman Azərbaycanda barmaq qədər sayılacaq jurnalistlərdən biridir, onun qələmi və dediyi söz kimi söz yoxdu. 

Burada mənim hansısa rəy bildirməyim yersizdi, çünki Ləman hər kəsin cavabını çox gözəl şəkildə verib". 

Aparıcı ANS-in Mətanəti "vurmaq" barəsində gəzən şayiələrə də münasibət bildirib:

"Ötən gün dostlarımla danışanda onlar mənə dedilər ki, guya ANS Mətanəti "vurur", ona görə ki o, buradan çıxıb ATV-yə gedib. 

Yox, əvvəla onu demək istəyirəm ki, ANS özü Mətanətlə iş birliynə son qoyub, o, özü getməyib. O xanımın öz istedadı da vardı, ancaq Mətanəti ANS yetişdirib, ona gözəl şərait yaratmışdı. 

Lazım gəlsəydi, ANS Mətanəti şpaqat açan vaxt "vurardı", çünki həmin vaxtlarda onun adına çox sayda sözlər gəlirdi. Mətanət özü bir şəxs kimi ANS-in hədəfi ola bilməz, çünki bu şirkətdi, o da bir insan".

Ceyhun Ələkbərov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.