Şou-biznes

İlhamə Quliyeva zənci uşağı övladlığa götürür. Qanun nə deyir? - YENİLƏNİB

21 May 2015 17:48
20 Şərh     Baxış: 6 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:48

Xalq artisti İlhamə Quliyeva Zimbabvedə dünyaya gələn bir körpəni övladlığa götürmək qərarına gəlib. Publika.az xəbər verir ki, bu barədə o, özü elektron KİV-də açıqlama verərək bir qaradərili körpəni övladlığa götürəcəyini deyib:  "Belə qərara gəlmişəm ki, qaradərili qız övladını götürəcəm, böyüdəcəm. Savad verəcəm, toyunu da mən edəcəm. Bu möhtəşəm arzumu reallaşdıracam" .

Maraqlıdır, bəs qununvericilik İlhamə xanıma bu arzusunu reallaşdırmağa imkan verəcəkmi?

Publika.az bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ilə müraciət edib.

Komitədən İlhamə Quliyevanın bu arzusunun reallaşmasının mümkün olduğunu bildiriblər. Amma bu hal xüsusi olaraq araşdırılmalıdır: "Qanunvericiliyə görə, övladlığa uşaq götürən ana ilə uşaq arasında minimum 16 yaş fərq olmalıdır".

Əgər ana 60-70 yaşındadırsa, onun övladlığa uşaq götürməsi nə dərəcədə düzgündür?  Bu, riskli yaş sayılır.

Komitədən bildiriblər ki, bu da vətəndaşın müraciəti zamanı araşdırılır və qərar qəbul olunur.

Məsələ ondadır ki, İlhamə xanım ana olmaq üçün nəinki yaşlı, həm də subaydır. Maraqlıdır, nikahı olmayan bir qadın olaraq xalq artisti övladlığa uşaq götürə bilərmi?

Komitədən bildirdilər ki, qanunvericilik buna imkan verir.

---------

14:10

Xalq artisti İlhamə Quliyeva qaradərili körpəni övladlığa götürür. 

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər "Günə baxan" verilişində deyib:

"İlhamə xanım Zimbabvedə dünyaya gələn bir körpəni övladlığa götürmək qərarına gəlib".

Açıqlama verən İ.Quliyeva: "Belə qərara gəlmişəm ki, qaradərili qız övladını götürəcəm, böyüdəcəm. Savad verəcəm, toyunu da mən edəcəm. Bu möhtəşəm arzumu reallaşdıracam", - deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.