Şou-biznes

Mətanət ağladı: "Körpə uşağıma qarğış edirlər..." - VİDEO

21 May 2015 11:40
52 Şərh     Baxış: 23 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Mətanət Əliverdiyeva "Gün üzü" verilişinin qonağı olub. "Qafqazinfo"nun məlumatına görə, ötən gün "Gündəlik" verilişində səsləndirdiyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi" sözlərinə münasibət bildirən teleaparıcı göz yaşı töküb: 

"Hadisə baş verəndə dəhşətə gəldim. Çox həssas insanam. Rəhbərliyə dedim ki, mən efirə çıxmaq istəmirəm. Böyüklərə nəsə olanda insan soyuqqanlı yanaşa bilir, amma körpələr... Evə gəlib uşaqlarımı qucaqlayıb öpdüm. Təsəvvür elədim ki, o analar nələr çəkib. Kimlərsə mənim verilişim vasitəsilə şou etdi. Mənə qarğış edirlər. Kiminsə alqışı ilə yaranmamışam ki, qarğışları ilə dünyadan gedim. Mənim körpə uşağıma qarğış edirlər, mənə pis təsir edir".  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.