Şou-biznes

Mətanətdən "Bir film idi, baxdıq, getdi" sözlərinə açıqlama - VİDEO

21 May 2015 10:43
15 Şərh     Baxış: 15 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Mətanət Əliverdiyeva ötən gün "Gündəlik" verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib. 

Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı bunları deyib: 

"Mən sovet məktəbi keçmiş insanam. Yanğın da, faciə də görmüşəm. Mənim anam qucağımda keçinib. Yanğın baş verəndə dəhşətə gəldim. Öz-özümə dedim ki, bu nə idi? Elə bil, kino idi, gəldi, keçdi. Mən faciəyə laqeyd qala biləcək insan deyiləm. Özü də ki, uşaq ölümünə qarşı necə belə laqeyd ola bilərəm? Mən çox həssas insanam. Mənim kimi vətənpərvər insan yoxdur. Hələ günorta saat 2-də ölü sayı tam açıqlanmamışdı, mən rəhbərliyə dedim, efirə çıxmayacam. Ötən yay şəhidlər dünyasını dəyişəndə radioda xəbərləri oxuya bilmədim. 20 illik iş təcrübəmdə ilk dəfə idi ki, mən canlı yayımı apara bilmirdim. Məni qınayanlar verilişin əvvəlinə, sonuna baxsınlar. Niyə mənim orada dediyim "Mən də o yanğında ola bilərdim. Hamımızın başına gələ bilər" sözləri verilməyib? Hətta verilişə həkim dəvət edib, ondan belə yanğın anında nə edə biləcəyimizi öyrəndim".

Qeyd edək ki, M.Əliverdiyevanın dediyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi" sözləri sosial şəbəkədə hiddətlə qarşılanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.