Şou-biznes

Dəhşətli yanğında müğənnin də evi yandı

20 May 2015 15:48
3 Şərh     Baxış: 23 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bakıda baş vermiş yanğın nəticəsində zərərçəkənlərin arasında müğənnilər Lalə və Nurkan cütlüyü də olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Günə baxan" verilişində Lalə özü məlumat verib.

O bildirib ki, ata evi yanan binada yerləşib:

"Yanğın zamanı atam və bacım evdə olmayıb. Bizə məlumat verilən kimi hadisə yerinə getdik. Bütün gecəni yata bilmədim. Ev, mülk geri qayıdır. Amma mənim o evdə xatirələrim yandı. Dünyasını dəyişmiş anamın bütün şəkilləri yox oldu".

Lalənin həyat yoldaşı Nurkan həmin an duyğusal anlar yaşadığını bildirib: 

"Qayınatamla bizim evimiz arasında 1 kilometrlik məsafə var. Əslində, evdə olmadıqlarını bilirdik. Amma özümüzü elə itirmişdik ki, tamam yadımızdan çıxmışdı. Lalənin atası və bacısı gəldikdən sonra sakitləşdik. Dəhşətli məqamlar idi. Bir uşağın necə keçindiyini gördüm. O anlar gözümün önündən getmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.