Şou-biznes

Vəfa Zeynalova: "Bunun qarşılığında yüksək qonorar istəyirəm"

11 May 2015 12:31
0 Şərh     Baxış: 4 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Vəfa Zeynalova son vaxtlar çəkilən komediya filmlərini bəyənmir
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Onlar"a açıqlamasında ssenaristləri qınayıb:

"Yoruldum bayağı sözlərdən, hərəkətlərdən. Bir neçə filmdə bunu gördüm. Bunlar komediya yox, bayağılıqdır. Ləhcədən istifadə etmək normaldır. Amma yerində. Bütün filmi ləhcə ilə ərsəyə gətirmək olmaz. Bu özü gülünclükdür. Buna baxa, qəbul edə bilmirəm.

Ən birinci səhv ssenaristdədir. Sonra isə rejissor və aktyoru qınamalıyıq. Gözəl aktyorlarımız, rejissorlarımız var. Bədbəxtliyimiz odur ki, hərə öz işi ilə məşğul olmur. Hərə öz işini görsə, mükəmməl olar. Çox xırda büdcə ilə onlar bu işləri ərsəyə gətirirlər. Ona görə də müəyyən mənfi cəhətlərə göz yummaq olar. Danışıqlarında belə qüsurlar görürsən. Böyük problemdir. Bunu böyük ekrana gətiririk".

Aktrisa son vaxtlar filmlərə çəkilməməyinin səbəblərini də açıqlayıb:

"Məni qane edən iş olmadığı üçün filmə çəkilmirəm. İki prinsiplə işləyirəm: ya yaradıcı heyət o qədər gözəl olmalıdır ki, mən göz yummalıyam, çəkilməliyəm. Amma əgər "xaltura" edəcəmsə, adi bir ssenariyə çəkiləcəmsə, bunun qarşılığında yüksək qonorar istəyirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.