Şou-biznes

Müğənni toy etdi - FOTO

5 May 2015 17:34
1 Şərh     Baxış: 6 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Vaqif Şıxəliyev oğlu Elcana kiçik toy edib

Axşam.az-ın məlumatına görə, ifaçı xoş gününü sənət dostları və yaxınlarının əhatəsində qutlayıb.

Təəssüratlarını bölüşən V.Şıxəliyev iki sevinci bir arada yaşadığını bildirib:

"Bu gün (dünən - red.) oğlumun şad günüdür. Ona kiçik toy edirəm. Bir ata üçün bundan gözəl sevinc ola bilməz. Eyni zamanda, "Ah çəksəm" adlı albomum təqdim olundu. Sevinc-sevincə qarışıb. Disk təqdimatı ilə övladımın toyunu eyni günə saldım. Sənət dostlarıma və media nümayəndələrinə iki dəfə əziyyət vermək istəmədim. Bu xoşbəxt günümdə məni tək qoymayan hər kəsə təşəkkür edirəm".

Mərasimə qatılanlar arasında xalq artistləri Gülyaz Gülyanaq Məmmədovalar, müğənni Vasif Məhərrəmli, Xatun Əliyeva, Elvin Abdullayev, Samir Piriyev, Əlikram Bayramov, aşıq Zülfiyyə, Samirə Əliyeva və başqaları yer alıb.

Qeyd edək ki, V.Şıxəliyev 2008-ci ildə ailə qurub. Sənətçinin Ayan adlı bir qızı da var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.