Şou-biznes

"İlk dəfə bu klipdə rəqs edəcəm" - VİDEO

5 May 2015 16:33
0 Şərh     Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Miri Yusif "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən ifaçı sənətini başqa ölkələrdə davam etdirmək istədiyini açıqlayıb: "Miri Yusif bu ölkədə zirvəyə çatmayıb hələ. Zirvəyə çatandan sonra ya Türkiyədə, ya Rusiyada, yaxud da Avropa ölkələrinin birində öz sənətimi təqdim etmək istəyirəm".

"Yarımdünya" filmində aktyor olaraq tamaşaçıların qarşısına çıxan müğənni, gördüyü iş haqda bunları söyləyib: "Kino çox qəliz bir işdir. Xüsusən də, baş rola çəkilmək. Mən bu qədər çətin bir iş olduğunu öncədən bilmirdim. İşləyəndən sonra anladım ki, çox yorucu bir işdir. Amma bu qədər yorulmağa, tər tökməyə, zəhmət çəkməyə dəyər. Filmə baxan tamaşaçılar deyirlər ki, sənə halaldı, Miri! Bu da məni çox sevindirir. Çox sayda qeyri-peşəkarlar da əl atırlar kino işinə. Amma mən həmişə peşəkarlarla işləmək istəyərəm".

Tanınmış sənətçi yeni yaradıcılıq işlərindən də söhbət açıb: "Yeni mahnımıza klip çəkirik. Çox zövqlü, dinamik, maraqlı və rəqs üçün olan bir mahnıdır. Tamaşaçılar ilk dəfə bu klipdə məni rəqs edərkən görəcəklər".

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.