Şou-biznes

Mətanətin "tüpürcək şousu"na reaksiya

5 May 2015 14:28
24 Şərh     Baxış: 22 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Mətanət Əliverdiyevanın "Gündəlik" verilişində müğənni Rəhim Rəhimlinin üzünə tüpürməsi və Rəhimin onu qucağına alaraq verilişdən çıxarması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, şəbəkə istifadəçiləri Mətanətin bu hərəkətinin yanlış və efir üçün yolverilməz olduğunu bildiriblər.


Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sayt məsələ ilə bağlı Rəhim Rəhimlinin köməkçisi Şahin Qurbanovla əlaqə saxlayıb. Müğənninin köməkçisi bildirib ki, Mətanət və Rəhim bu hərəkəti şou üçün ediblər:

"Onlar 15 illik ailə dostu, bacı-qardaşdırlar. Zarafat idi, elədilər, burada problem olunacaq, şişirdiləcək durum yoxdur. Onlar hər verilişdən əvvəl görüşürlər. Yəqin ki, elə həmin görüşdə də belə bir hərəkət etməyi qərara alıblar. Şou xarakterli addım, düşünülmüş zarafatdır. Belə məsələ onların arasında problem yarada bilməz. Sosial şəbəkələrdə olan müzakirələr isə yazanların şəxsi fikirləridir. Hərə öz mədəniyyətini, öz insanlığını göstərir".

Tanınmış teletənqidçi Qulu Məhərrəmli isə efirimizdə etikadankənar, ictimai davranışa zidd olan bu cür hərəkətlər görəndə təəssüfləndiyini bildirib:

"Bunların hamısı məzmunsuzluğu ört-basdır etməyə xidmət edir. Əgər kimsə başqa istedadı ilə fərqlənə, verilişi maraqlı edə bilmirsə, sözsüz ki, bu cür variantlara əl atır. Təəssüflər olsun ki, bu təkcə Mətanətin verilişində belə deyil. Bunları qəbul etmək mümkünsüzdür. Belə hallar artır, adiləşirsə, o zaman camaat hamısı ictimai yerdə ağızlarına su alıb kiminsə üzünə sıçrada bilərlər. Çünki televiziya müəyyən mənada dəbdir. Bu kimi halların təkrar olunması pis insident yaradır".


Teletənqidçi bildirib ki, çıxış yolunu belə hərəkətlərə yol verilməməsində görür:

"Elə hərəkətlər seçmək lazımdır ki, bu, tamaşaçını qıcıqlandırmasın. Bunlara baxanlar, təsirinə düşənlər var. Çox üzülürəm ki, bu tip verilişlərin auditoriyası genişlənir, bu cür adamların sayı artır. Belə verilişlər öz böyük auditoriyalarını yaratmağa nail olur. Lap tutaq ki, bu kimi proqramlar aşağızövqlü auditoriyaya hesablanır, amma bunun da bir ölçüsü olmalıdır. Bütün hallarda ölçüləri keçmək televiziya üçün yolverilməzdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.