Şou-biznes

Eldar Qasımov: "Elnur öz sözünü deməyib" - FOTO

5 May 2015 14:51
3 Şərh     Baxış: 2 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Eurovision 2011" qalibi Eldar Qasımov builki təmsilçimiz Elnur Hüseynovdan danışıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ifaçı onun səsləndirdiyi "Hour of the Wolf" mahnısını çox bəyəndiyini bildirib:

"Yerli müğənnilərimizdən əksəriyyətini tanımıram. Amma "Eurovision"a qatılan ifaçılarımıza qulaq asıram. Elnurun mahnısını çox bəyənirəm. Digər favoritim İslandiya, İsveç təmsilçiləridir. Bu iki mahnı çox xoşuma gəlir. Elnura dəstək üçün Vyanaya gedə bilməyəcəm. Çünki həmin ərəfədə Kiyevdə olacam. İşlərim var. Oradan dəstək olacam. İnanıram ki, hər şey çox gözəl keçəcək və Elnur ön sırada yer alacaq".

E.Qasımov E.Hüseynovun ikinci dəfə "Eurovision"a qatılmasına da münasibət bildirib:

"Bəzi iştirakçılar var ki, sözügedən müsabiqədə birinci, ikinci yeri tuturlar. Öz sözünü deyə bilmirlər. Amma elə iştirakçı olub ki, 25-ci yerdə qərarlaşıb. Sonradan məşhur olub. Elnur səkkizinci yer tutub. Öz sözünü deməyib. İnanıram ki, bu il mahnısıyla sözünü deməyi bacaracaq. Mən ikinci dəfə yarışmaya qatılmazdım. Çünki ən yüksək zirvəni, birinci yeri tutdum. Mənim üçün o müsabiqə geridə qaldı. Hazırda isə tamaşaçıların diqqətini çəkmək üçün yeniliklər təqdim etməyə çalışıram".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.