Şou-biznes

"Heç kimin ərini, sevgilisini əlindən almamışam" - FOTO

5 May 2015 11:41
9 Şərh     Baxış: 8 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cangüdənlərlə gəzəcəyi haqda açıqlama verən müğənni Xatun həmkarı Vaqif Şıxəliyevin oğlu Elcanın toyuna cangüdənsiz qatılıb. Parodiya etdiyi həmkarları tərəfindən hədələndiyini bildirən müğənni Qafqazinfo-ya açıqlamasında bildirib ki, dost məclisinə cangüdənlərlə qatılmaq məqsədəuyğun deyil:

"Hər gün parodiya etdiyim müğənnilər məni hədələyirlər. Başa düşmürəm, mən nə etmişəm? Heç kimin evini, maşınını, ərini, sevgilisini əlindən almamışam. Sadəcə parodiya etmək bacarığım var, bunu nümayiş etdirmişəm. Bundan sonra da parodiyalara davam edəcəm. Əslində, toya cangüdənlərim də mənimlə gəlmək istəyirdilər. Düşündüm ki, dost məclisidir, ayıbdır. Həm də prodüserim Səbuhi Arif də yanımdadır, düşünmürəm ki, onun yanında mənə nəsə etsinlər".

Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.