Şou-biznes

"Mikayıl, elə qonaqlar çağırırsan ki, fuuu... kəndçidirlər"

4 May 2015 22:23
9 Şərh     Baxış: 11 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aşıq Mikayıl Güləddinoğlu aşıq Mübarizin müdafiəsinə qalxıb. Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, aşıqlar tərəfindən qınaq obyektinə çevrilən həmkarını "Günaydın" verilişində müdafiə edib:

"Əgər aşıq Mübariz pisdirsə, niyə 99 faiz aşıqlar bu yolu gedir? Mənim olduğum məclislərdə aşıqların əksəriyyəti sazı oynadır. Saz ilə rəqs edir. Mübarizin yolu var. Hamı da bu yolu gedir. Bu yol pisdirsə, bu yolu niyə gedirlər?"

Aparıcı həmçinin müəllifi olduğu "Sevimli şou"ya ağız büzənlərə də söz atıb.

"Bir dostumuz var, mənə həmişə deyir ki, "Mikayıl, elə qonaqlar çağırırsan ki, fuuu... kəndçidirlər". Və həmin bayağı mahnıların da adını çəkdim. Günlərin birində həmin mahnıları toyda rəqs edəndə, tutdum qolundan. Dedim bəs bu mahnıları niyə oynayırsan?"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.