Şou-biznes

Hamiləliyi gizlədən azərbaycanlı müğənninin yeni FOTOsu

3 May 2015 12:58
10 Şərh     Baxış: 11 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Emma Ələkbərzadə dözməyib üzə çıxdı

Hamiləliyini mediadan gizlətməyə çalışan müğənni Emma Ələkbərzadə dözməyib ictimaiyyət arasına çıxdı.

Anspress-in məlumatına görə, estrada ifaçısı həyat yoldaşı ilə birlikdə "Baku Fashion Week" moda nümayişinə qatılıb. O, tədbirdə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

Emma Ələkbərzadə hamiləliyi ilə bağlı xəbərlərin mediada yer almasından narazı olduğunu bildirmişdi: "Çox çalışdım ki, jurnalistlər xəbər tutmasın, amma alınmadı. Bu barədə konkret heç nə deməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, körpəmi qucağıma götürəcəyim günə az qalıb. Bundan artıq heç bir məlumat verməyəcəm. Çox xahiş edirəm, heç kim məni narahat etməsin".

Xatırladaq ki, Emma Ələkbərzadə 3 noyabr, 2012-ci ildə Çingiz Emil adlı bəylə rəsmi nikaha girib. Cütlüyün toy mərasimi müəyyən səbəblərdən 3 ay sonra, 8 fevral 2013-cü ildə baş tutmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.