Şou-biznes

İlhamə Quliyeva: "O mənim həyatımda canlı meyitdir"

27 Aprel 2015 11:01
2 Şərh     Baxış: 4 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun haqda səsləndirdiyi sərt fikirlərə münasibət bildirib. Xalq artisti qafqazinfo-ya açıqlamasında bildirib ki, Kərimovanın fikirləri onun üçün əhəmiyyətsizdir:

"Canı sağ olsun. Elə şeylər vecimə deyil. Hansı siyasətdən danışır? Flora ilə hansı siyasət işlətmək olar? Floranın öz, mənim də öz siyasətim var. Flora mənim haqqımda yaxşı danışmışdı, mən də yaxşı cavab verdim. O sözləri işlətmək mənim böyüklüyümdür, mənim mədəniyyətimdir,  yüksək səviyyəli insan olmağımdır.

Floranın fikri mənim həyatımda heç bir əhəmiyyət kəsb etmir, o şəxs həyatımda canlı meyitdir. Heç vaxt aramızda barışıq ola bilməz. Sadəcə  verilişdə mənim haqqımda  xoş sözlər işlətmişdi. Mən də o tərzdə cavab verdim. Əgər qanmayıbsa, deməli, qanmaz olaraq qalıb".

Qeyd edək ki, İlhamə Quliyeva "A-dan Z-yə" verilişində Flora Kərimovanı sənətkar adlandırmışdı. Flora Kərimova isə cavabında İlhamə Quliyevanı sənətkar saymadığını, həmkarının siyasi oyun işlətdiyini bildirmişdi. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.