Şou-biznes

Xoşqədəmdən cəsarət nümayişi: "Onun adı gələndə hamı qorxur"

26 Aprel 2015 16:45
7 Şərh     Baxış: 15 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva həyat yoldaşı Doğuşla nikah müqaviləsi bağlayacaq.

Anspress-in məlumatına görə, ANS TV-də yayımlanan "Xoşqədəmlə səni axtarıram" proqramının aparıcısı bu barədə sosial şəbəkədə yazıb. Xoşqədəm xanım bu addımı ilə qadınlara örnək olmaq istədiyini bildirib:

"Mən hər zaman yeni ailə quranlara nikah müqaviləsi bağlamağı məsləhət görmüşəm. Nədənsə bu müqavilənin adı gələndə hamı qorxur. Niyəsini özüm də bilmirəm. Məncə, biz tanınan insanlar gələcəkdə ayrılarkən övladına ailment belə ala bilməyən qadınlarımıza bir cəsarət olsun deyə, bu müqaviləni birinci bağlamalıyıq. Onsuz da, biz ayaqda duran insanlar üçün bu müqavilə lazım deyil, yəni bu bizim üçün formal bir şeydir. Amma öz haqqını müdafiə edə bilməyən, çarəsiz xanımlarımızı gələcəkdə qarşılaşacaqları çətinliklərdən qorumaq üçün biz bu addımı atmalı və bununla da nikah müqaviləsinin önəmli olduğu mesajını verməliyik. Bir-birini sevən insanlar üçün bu müqavilə adi bir şeydir. Qorxmağa dəyməz!"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.