Şou-biznes

Ağamirzə and-aman etdi: "Ağ yalandır"

26 Aprel 2015 13:27
0 Şərh     Baxış: 2 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Meyxanaçı Ağamirzə qəzəblənib. Sənətçinin özündən çıxmasına səbəb haqqında yayılan şayiələrdir.

Bu barədə publlika.az-a danışan Ağamirzə belə şayiələrin həqiqətə uyğun olmadığını deyib:

"Bu günlərdə verilişlərin birində dedilər ki, guya mən ustadım Ağasəlim Çıldağla yola getməmişəm, onunla küsülü olmuşam. Hətta o dünyasını dəyişəndə də mənimlə küsülü olub. Ağ yalandır. Ağasəlimlə necə küsülü ola bilərdim axı. O, meyxana sənətini mənə öyrədib, məni  xalqa tanıdıb, çörək verib. Mən çörək itirən insan deyiləm. Bunu hər yerdə demişəm, yenə də deyirəm ki, mən bu gün dolanışığıma görə Ağasəlimə borcluyam. İstəməzdim, insanlar haqqımda belə söz-söhbət yaysınlar, çünki əhval-ruhiyyəmə pis təsir edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.