Şou-biznes

Xəyyam Nisanova Rusiyada parıldamağa kim mane olur?

26 Aprel 2015 11:11
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Xəyyam Nisanov ölkəmizdə Rusiya şou-biznesinin nümayəndələri ilə güclü əlaqələrinə görə tanınır. Buna baxmayaraq, indiyədək orada tanınmaması maraq doğurur. Müğənni publika.az-a özəl açıqlamasında qonşu ölkənin şou-biznesinə daxil ola bilməməsini belə izah edib:

"Düzdür, Rusiyada müğənni və prodüsserlərlə çox güclü əlaqələrim var. Amma mən rus şou-biznesinə girmək istəmirəm. Heç belə fikrim də olmayıb. Ən yaxşı halda hansısa rusiyalı müğənni ilə duet ifa edə bilərəm".

Şou-biznesin ən sakit, başıaşağı nümayəndələrindən olan Xəyyam Nisanov onun üçün ifa edəcəyi bəstənin sözlərinin əsas şərt olduğunu da vurğulayıb. Onun fikrincə, mahnılarının sevilməsində məhz bu amilin böyük rolu var:

"Mahnı seçərkən daha çox sözlərə fikir verirəm. Mənim üçün əsas sözlərdir. Musiqi və aranjman isə ikinci dərəcəli əhəmiyyət daşıyır".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.