Şou-biznes

Nüşabə Ələsgərli: "Ailəmizə uyğun birini seçəcəklər" - FOTO

26 Aprel 2015 11:33
0 Şərh     Baxış: 1 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Nüşabə Ələsgərli yeniliklərindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında xalq artisti Niyaməddin Musayevin mahnılarını oxuyacağını deyib:

""Lampalar" mahnısını Niyaməddin Musayevlə duet şəklində oxuduq. Təklif ondan gəlib. Mənə bir neçə yeni mahnılar da verib. Yaxın günlərdə təqdim edəcəm".

Övladlarından danışan müğənni onların hələ ailə qurmasını istəmədiyini bildirib:

"Övladlarım balacadır. Oğlumun 18, qızımın 17 yaşı var. Hələ ailə haqqında düşünmək tezdir. Universitet bitirsinlər, oğlum əsgərlik çəkməlidir. Qızım tələbəlik etsin. Tez ailə qurmalarını istəmirəm. Onların həyat yoldaşı seçiminə qarışmayacam. Öz seçimləridir. İnanıram ki, ailəmizə uyğun birini seçəcəklər".

Böyütmək üçün şəklə klikləyin.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.