Şou-biznes

Tağı Əhmədov Rəqsanə ilə rəqs etdi - FOTO

24 Aprel 2015 14:31
4 Şərh     Baxış: 9 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova Bakı restoranlarının birində 48 yaşını qeyd edib.

Milli.Az xəbər verir ki, aznews.az aktrisanın ad günündən fotolar əldə edib. Əsas diqqəti cəlb edən M.Əsədovanın geyimi olub.

Xalq artistinin doğum günündə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Tağı Əhmədov da iştirak edib.

T.Əhmədovun müğənni Rəqsanə ilə rəqsi isə gecə iştirakçılarının marağına səbəb olub.

Xatırladaq ki, xalq artisti Məleykə Əsədova 1967-ci ildə Neftçala rayonunda doğulub. 1993-cü ildən bu günə kimi o, Akademik Milli Dram Teatrında çalışır. "İtkin gəlin" teleserialında Əfsanə obrazı ilə məşhurlaşıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.