Şou-biznes

Təranə Qumral: "Heç zaman qoymamışam ki, Musa harasa getsin" - VİDEO

24 Aprel 2015 13:35
6 Şərh     Baxış: 6 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış ifaçılar Musa Təranə cütlüyü "Hər şey daxil" verilişində qonaq olublar. Milli.Az məlumat verir ki, ifaçılar ailədə güzəştin mütləqliyini vacib bilib, bir-birinə olan sevgi və qısqanclıqlarından danışıblar.

Təranə Qumral açıqlamasında bildirib ki, həmişə Musa bəyə güzəştə gedib və heç vaxt qoymayıb ki, həyat yoldaşı ondan kənar hər hansı bizneslə məşğul olsun:

"Mən Musadan betər ola bilmərəm. Ancaq hər kişidə də, qadında da qısqanclıq var. Həyatda insan paltarını, zinət əşyalarını, yediyi çörəyi belə paylaşa bilir. Ancaq yeganə sevgisini, həyat yoldaşını insan heç kəslə paylaşa bilməz. Ümumiyyətlə, nə kişi qadınını, nə də qadın kişisini bölüşə bilir. Mən heç zaman qoymamışam ki, Musa harasa getsin, tək pul qazansın. Vaxt olub ki, taksi pulumuz olmayıb ki, biz mənzil başına çataq. Həmin yolu o qədər mehriban danışa-danışa gəlmişik ki, heç özümüz də hiss etməmişik ki, nə vaxt çatdıq. Demişəm, bu gün azdır, az yeyərik, yoxumuzdur, heç yemərik. İnsan sevgidə mütləq güzəştə getməlidir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.