Şou-biznes

Canlı efirdə Vasifi pərt elədi: "O kostyumu sünnəti olan uşaqlar geyinirlər"

24 Aprel 2015 12:51
0 Şərh     Baxış: 4 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Prodüser Tolik (Tarix Əliyev) müğənni Vasif Məhərrəmlinin söylədiyi "Mən sırğa taxmaram" sözlərinə cavab verib. Lent.az-ın məlumatına görə, ATV-nin "Gün üzü" verilişinə qonaq olan prodüser müğənninin ünvanına bu sözləri deyib:
 
"Bu yaxınlarda ATV telekanalında müğənni Vasif Məhərrəmlinin bir çıxışına baxdım. Dedi ki, "mən bilsəm ki, Azərbaycanda kişilərin sırğa taxmağına normal baxırlar, hamı taxır, bunu mən istifadə etmərəm". Amma nəzərinizə çatdırım ki, mənim 35 yaşım var. Biz uşaq vaxtımızdan görmüşdük ki, qırmızı kostyumu sünnəti olan uşaqlara geyindirirdilər. Amma indi kişilər qırmızı kostyum da geyinirlər. Toylara gedirlər. Ona görə də heç vaxt "heç vaxt eləmərəm" demək lazım deyil. Vasifin oxuduğu janrla geyindiyi geyimlər heç uyğun gəlmir. Qırmızı cızıqlı göy pencək, qırmızı kostyum da geyinir".
 
Qeyd edək ki, V.Məhərrəmli ilə prodüser Tolik arasında bir neçə ay öncə də qalmaqal olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.