Şou-biznes

Xoşqədəm: "Doğuşla çalışdıq, o uşağı övladlığa götürək"

24 Aprel 2015 12:09
0 Şərh     Baxış: 4 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aparıcı Xoşqədəm Hidayətqızı "Salam, Azərbaycan" verilişinin qonağı olub
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, teleaparıcı işləri ilə bağlı etiraflar edib:

"Bütün qohum-əqrabam məndən inciyib. Heç bir xeyirə-şərə getmirəm. Küsürlər, atam da əvəzimdən onlardan üzr istəyir. Son günlər əvvəl çalışdığım telekanalla aramda baş verən söz-söhbətlərə görə hər şeyi işimə qurban verməyimə peşman olmuşdum. Deyirdim, dəyməzmiş. Ötən həftə rayonda oldum. İnsanlar məni qucaqlayıb, ağlayırdılar.

Onda düşündüm ki, yox, dəyər. Mən onların ümid yeriyəm. Mən o insanlarla yaşadım. Suriyada bir uşaq görmüşdüm. Atası ərəb, anası xristian imiş. Ölmüşdülər. 2 aydır 3 yaşlı qız dayısı ilə qalır. Gecələr yatmır. Onun olduğu çadıra getdik. Məni görəndə "mama" deyib qucağıma qaçdı. Doğuşla o uşağı övladlığa götürmək istəyirdik. Alınmadı".

X.Hidayətqızı yeni iş yeri olan ANS-dən də bəhs edib:

"Bir çoxları utanmadan etdiklərimi təkrarladılar. İnsan özü olmalıdır. ANS-ə gəlməyimə peşman deyiləm. Öz evimə gəldim. 5 il bundan əvvəl Mirşahin Ağayev və Vahid Mustafayevə görə ANS-ə gəlmişdim. Əsl jurnalist yolu keçiblər. Layihəmi burada görürdüm. Buradakılar bir amal üzrə çalışırlar. "Səni axtarıram"ın da amalı birdir. Xoşbəxtəm ki, ANS-dəyəm. Azərbaycanın ilk müstəqil televiziyasıdır. Haqqımda yalan yazılar yazdırdılar. Guya mən işçilərimlə sərt davranıram. Əgər mən pis idimsə, niyə işçilərim yanımdadırlar? "Səni axtarıram"ı pisləyirlər. Amma bir telekanalda mənim verilişimə bənzəyən 3 proqram var. Amma brend olduğu kimi qalır".

X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə qurmasından danışıb:

"Heç ağlıma gəlməzdi ki, ikinci dəfə ailə qurum. O qədər qorxurdum ki... Ailə fərqlidir. Özümü işə vermişdim. Düşünürdüm ki, necə edəcəm? Problemlərini həll etdiyim ailələri görəndən sonra qərar verdim ki, mənə də ailə lazımdır. Müxtəlif sahələrdə çalışan insanlardan evlilik təklifləri alırdım. Mənə məni ruhən başa düşən, eyni sahədə çalışan biri lazım idi. Ona görə də Doğuşu seçdim. Beş ilimi uşağımdan çox bu layihəyə sərf etdim. Övladı böyüdüb, təhsil verməkdən başqa sevgini də göstərməlisən. Oğluma ana sevgisi vermədim. Mənim əvəzimə o qayğını övladıma anam və bacım verdilər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.