Şou-biznes

İzzət: "Onların səsi batıb"

24 Aprel 2015 11:51
0 Şərh     Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni İzzət Bağırzadə "Antrakt" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi pis vərdişlərdən həmişə uzaq olduğunu deyib:

"Universitet illərində səsimi qoruyurdum. Sonra heç nə etməmişəm. Gözəl səsi olan sənətkarlarımız olub ki, illər keçdikdən sonra səsi batıb. Çünki içki içib, siqaret çəkib.

Gələn ay 39 yaşım olacaq. Bu günə kimi heç vaxt spirtli içkidən, siqaretdən istifadə etməmişəm. Elə şeylər var ki, insana həqiqətən də ziyandır. Bunları etməməyə çalışmışam".

Qeyd edək ki, Kamran Quliyevin aparıcılıq etdiyi "Antrakt" verilişi İTV-də yayımlanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.