Şou-biznes

Eldar Qasımov: "Yalançı olaram"

18 Aprel 2015 13:00
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Eldar Qasımovdan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, ifaçı "Starlife" verilişində yaradıcılıq yeniliklərindən danışıb:

"Çoxlu işlərim var. İllərdir gözlədiyim, "Canım" mahnısı bu yaxınlarda işıq üzü görəcək. Həm ingilis, həm də Azərbaycan dilində olacaq. "Duman" mahnıma klip gözlənilir. Artıq danışıqlar gedir. Həm Ukrayna, həm də Azərbaycan dilində mahnılarım olacaq. Həmin bəstələr Ukraynada da təqdim ediləcək".

Eldar "Eurovision 2013"ün ukraynalı təmsilçisi Zlata Oqneviçlə duetinin hələ başlanğıc olduğunu, bundan sonra da ortaq layihələr hazırlayacağını deyib:

"Zlata ilə duetimiz hələ başlanğıcdır. Gələcəkdə gözəl işlər gözlənilir. Əvvəldən danışmağı sevmirəm. Çünki sonra alınmaz, yalançı olaram".

E.Qasımov vətənindən başqa ölkədə yaşaya bilməyəcəyini söyləyib:

"Ukraynaya gedib bir neçə aylıq, yaxud illik işləyə bilərəm. Amma vətənim buradır. Burada doğulub, burada oxumağa başlamışam. Haradasa çalışıb həm özümü, həm vətənimi təmsil edə bilərəm. Amma köçməyi, ölkəmi tərk etməyi bacarmaram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.