Şou-biznes

Teleaparıcı Elnarə Təhməzova: "İçkili idim, polis saxladı..."

30 Mart 2015 15:04
6 Şərh     Baxış: 10 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Elnarə Təhməzova "Bazar səhəri" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı özü ilə bağlı maraqlı etiraflar edib. O, hətta içkili halda avtomobil sürdüyünü də deyib:
 

"Bir dəfə maşınla gəlirdim, polis saxladı. Azca içki içmişdim. Polis sənədlərimi istəyəndə etiraf etdim ki, içkiliyəm. Deyir, axı bu təhlükəlidir? Deyirəm, onsuz, evim yaxındadır. Polis mənə elə hörmət etdi ki... Amma bir dəfə başqası məni ağladıb. Manikürdən gəlirdim, saxladılar, təhlükəsizlik kəmərini bağlamamışdım. Sənədlərimi verdim ki, cəzam nədirsə, yazın. İsrar edir ki, maşını cərimə meydançasına aparacam. Deyirəm, mənim ora gedəcək qədər böyük günahım olmayıb. Əgər hər kəmər bağlamayanı oraya aparsanız, meydançada yer qalmaz. Çox gərgin idim, onu təhqir edə, söyə bilmirdim. Əsəbdən ağladım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.