Şou-biznes

Faiq Ağayev: "Biz ittiham etmirik"

30 Mart 2015 14:17
2 Şərh     Baxış: 2 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə oxuyacaqları duetin təxirə düşmə səbəblərini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Onlar"a açıqlamasında ifaçı Elçin Cəfərovun onlar üçün yazdığı bəstəni bəyənmədiklərini etiraf edib:
 

"Mahnı bizi qane etmədi. Öz-özlüyündə yaxşı mahnı idi. Bəstəni Rəhim Rəhimli oxudu ("Bir zamanlar" - red.). Amma Aygünlə mənim mövzum deyildi. Aygünlə birlikdə mahnının müəllifi ilə məsləhətləşdik. İttiham etmək yox, yol göstərmək lazım idi. Biz ittiham etmirik. Mən kiminsə arxasınca danışa bilmərəm ki, ay, qatarı getdi. Sözünü demiş, gənc bəstəkarlar arasında yetərincə hit mahnılar yazanları var. Yaxşı mahnı olsa, duet oxuyarıq. Məhəbbətdən, həyat təcrübəsi olan iki insandan bəhs edən bəstə ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.