Şou-biznes

Brilliant Dadaşova İstanbulu ayağa qaldırdı - FOTO

30 Mart 2015 09:30
2 Şərh     Baxış: 3 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova Novruz bayramı günlərində Türkiyədə konsert verib

Milli.Az xəbər verir ki, müğənni İstanbulun məşhur "Reşid Cemal Rey" konsert salonunda dinləyicilərini  canlı ifası ilə sevindirib. Konsert boyu bəstəkar və xalq mahnıları, eləcə də öz repertuarından hitlərini oxuyan Brilliant xanımın ifası sevənləri tərəfindən alqışlarla qarşılanıb.

Müğənni ilə bərabər, sənət dostu, dünya şöhrətli balaban ustamız Əlixan Səmədov da səhnə alıb. Sonda Brilliant xanımın ifalarını dinləyiciləri ayaqda alqışlayaraq onu yenidən səhnəyə dəvət ediblər.  Qeyd edək ki, xalq artisti qardaş Türkiyədə bundan öncə də dəfələrlə konsert proqramları ilə çıxış edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.