Şou-biznes

Günay Musayeva boşandığını təsdiqlədi: "Təkliflər alıram"

29 Mart 2015 18:25
0 Şərh     Baxış: 3 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış aktyoru Tolqa Karellə ailəli olan azərbaycanlı model Günay Musayeva boşanıb.

Lent.az-ın məlumatına görə, bu barədə "10-lar"a modelin özü danışıb: "Ayrılmaq üçün məhkəməyə müraciət etdim. Evlənməyimiz normal olduğu kimi, boşanmağımız da normal oldu. İndi oğlum, ən sevdiyim insan yanımdadır. Mən belə yaxşıyam. Şəxsi həyatımda ayrılıq olsa da, karyeramda hər şey yolundadır. Yeni təkliflər alıram".
 

G.Musayeva onu da əlavə edib ki, boşanandan sonra barəsində şayiə yayılıb: "Boşanandan sonra şayiələr oldu. Hətta köməkçimlə sevgili həyatı yaşadığımı yazıblar. Bu cür şayiələri əsassız sayıram. Sadəcə o, mənim qardaşım qədər çox sevdiyim insandır".
  

Qeyd edək ki, G.Musayeva türkiyəli aktyorla 2011-ci ildə ailə qurmuşdu.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.