Şou-biznes

Rəqsanənin qızı ağ gəlinlikdə - FOTO

27 Mart 2015 10:40
6 Şərh     Baxış: 14 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mamasının gözəli, mələyi, günəşi..."

Müğənni Rəqsanə İsmayılovanın qızı yeni maraqlı fotoşəkil yayımlayıb.

Anspress-in məlumatına görə, ifaçının böyük qızı Aysun ağ gəlinlik geyinərək fotokamera qarşısına keçib.

Dizayner- modelyer kimi fəaliyyət göstərən Aysunun bu geyimdə olduqca xoşbəxt göründüyü diqqət çəkib.

Müğənni Rəqsanə İsmayılova da qızının İnstagram-dakı bu paylaşımını "repost" (yenidən yayımlamaq) edərək, qızı ilə bağlı arzularını dilə gətirib.

"Mamasının gözəli, mələyi, günəşi. Allah bütün anaların balalarına ağ gəlinlik qismət etsin. Quzum, sənə də, həmçinin, ay mənim ayparçam", - sənətçi paylaşımında yazıb.

Hazırda qızının yanında olmayan Rəqsanə İsmayılova onun üçün darıxdığını və tezliklə görüşəcəklərini də qeyd edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.