Şou-biznes

Xatun: "17 yaşımda fikir edirdim ki, niyə ərə getmirəm"

25 Mart 2015 12:36
0 Şərh     Baxış: 3 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Xatun Əliyeva şəxsi həyatından danışıb
Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan ifaçı deyib ki, məktəb vaxtlarından ona elçi düşənlər olub:

"Nəslimizdə bir çox qohumlarımız deyirdilər ki, Aydının balaca qızı qəşəngdir. Ağ, toppuş qızdır. Oğlumuza alaq. 11-ci sinifdə oxuyanda bir sinif yoldaşım dedi ki, ona elçi gəliblər. Mən də həvəsə düşmüşdüm. Deyirdim, bəs mənə niyə elçi gəlmirlər? Fikir eləyirdim ki, evdə qalmışam. 11-ci sinfə keçəndə elə istəyirdim ki, mənə elçi gəlsinlər.

Həmin vaxt 17 yaşım var idi. Elə ona görə də mənə 18 yaşımda elçi gəldilər, 19 yaşım olanda da oğlum var idi. Təxminən 3-4 ay da nişanlı qaldım".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.