Şou-biznes

Elariz Məmmədoğlu: "Biz çox pərt olduq"

25 Mart 2015 10:24
0 Şərh     Baxış: 2 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Elariz Məmmədoğlu Novruz xatirələrini dilə gətirib
Milli.Az xəbər verir ki, publika.az-a danışan sənətçi heç vaxt papaq atmadığını deyib:

"Novruz bayramını çox sevsəm də, heç vaxt papaq atmamışam. Amma yadımdadır ki, uşaqlıqdan ta bu günə qədər həmişə evimizə çoxlu papaq atılıb. Novruzla bağlı xatirələrim çoxdur. Orta məktəbdə oxuyurduq. Sinif yoldaşlarımla mən evimizdən hərəmiz bir səməni gətirib sinfin pəncərəsi qarşısına düzdük. Məktəbimizin direktoru Həmidə xanım gəlib bizi danladı ki, bu nədir, səməniləri pəncərənin qabağına düzmüsünüz. Siz pionersiniz, Novruz bayramını belə təmtəraqla qeyd etməyin nə mənası var, axı? Biz çox pərt olduq.

Uşaqlardan biri soruşdu ki, Həmidə müəllimə, bəs şəkərbura, paxlava bişirmək olar? Direktor qayıtdı ki, niyə olmur, olar. Həmin vaxt uşaq düşüncəsi ilə fikirləşdik ki, necə olur, səməni göyərtmək olmaz, amma şəkərbura, paxlava bişirmək olar? Bilirsiniz də,  sovetlər dönəmində Novruz milli bayram kimi qeyd olunmurdu. Sevinirəm ki, bu gün hər kəs bu milli bayramı açıq şəkildə qeyd edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.