Milli.Az bildirir ki, səhnə təxəllüsü "J-La" olan müğənninin "Bilsən" adlı mahnısının musiqisini Hakan Erol, sözlərini isə Leyla İsrafilova yazıblar.Gənc müğənni Ceyla Məmmədova yeni klipini təqdim edib
Ceylanın obrazı üzərində stilist Elnur Həsənov işləyib. Müğənni klip haqda bu sözləri deyib:
"Həyatda necə varamsa, klipdə də elə bir obrazda çəkilmişəm. Klipin rejissoru Anar Hüseynovla zövqümüz üst-üstə düşdüyünə görə çox gözəl iş ortaya çıxarmışıq.
Klipdə bütün əməyi keçən insanlara təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gördüyümüz iş dinləyicilərin zövqünü oxşayar".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.