Şou-biznes

Sevda Ələkbərzadənin həyat yoldaşı oxudu - FOTO

24 Mart 2015 14:49
0 Şərh     Baxış: 2 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Hyuston şəhərindəki Azərbaycan Mərkəzi Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edib.

AZƏRTAC bildirir ki, mərkəz "Hyuston azərbaycanlıları" Assosiasiyasının və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dəstəyi ilə martın 15-də Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "sürətli şahmat" üzrə ikinci ənənəvi turnir keçirib. Turnirdə Hyustonun Azərbaycan icmasının üzvləri ilə bərabər, beş ölkənin nümayəndələri, habelə yerli şahmatsevətlər iştirak ediblər. "Center64 Chess" klubunda keçirilən turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunub.

Azərbaycan Mərkəzi martın 18-də "Goldberg B'nai B'rith" ahıllar evinin sakinləri üçün azərbaycanlı müğənni Kamiyarın və pianoçu Nərgiz Ceffusun iştirakı ilə konsert təşkil edib.

Martın 20-də isə Mərkəzin təşkilatçılığı ilə ənənəvi qala-konsert keçirilib.

Böyütmək üçün şəkillərə klikləyin.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.